Burak Özçivit və Fahriye Evcen haqqında İNANILMAZ İDDİA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Aktrisa Fahriye Evcen ilə həyat yoldaşı Burak Özçivitin
münasibətləri haqqında yeni iddialar ortaya atılıb.

Publika.az Türkiyə mətbyatına istinadən xəbər
verir ki, aktrisanın doğuşa 3 ay deyil, 2 ayı qaldığı məlum olub.
Ana olmağa hazırlaşan ulduz hamiləlikdən dolayı çox kökəlib. Onun
çox yemək yediyi və idman etmədiyi irəli sürülüb. Odur ki,
mətbuatda kök halda görünmək istəmir.

Cütlüyə yaxın mənbələrdən biri isə iddia edib ki, Fahriye
yaraşıqlı ərini çox qısqanır. Bu səbəbdən də evinə heç bir qadını,
hətta tanış və dostlarını belə buraxmır. Etibarlı mənbənin
sözlərinə görə, nə evli, nə də subay heç bir qadın Fahriye Evcenin
evinə girə bilməz. Maraqlısı odur ki, Burak Özçivit həddən artıq
qısqanclığa dözür, narahat olsa da, bunu həyat yoldaşına
bildirmir.


Qeyd edək ki, Burak Özçivit Özbəkistanda Sevgililər Günündə
qadın pərəstişkarları ilə görüşüb. Aktyor bu tədbirdən 2 milyon
lirə qazanıb (660 min manata yaxın). Özbəkistanda geniş pərəstişkar
kütləsinə sahib olan Burak Özçivit xüsusilə qadınlardan böyük
diqqət görüb. Daşkənddə aktyorun Tarix muzeyindən çıxdığını görən
bir qrup qız ulduza hücum edərək onunla şəkillər çəkdirib.

Qeyd edək ki, Burak ötən ay Küveytdə də 80 zəngin qadınla yemək
yemiş və bu işdən də böyük pul qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp