Azərbaycanda bu yollarda 30 santimetr qar var – HƏRƏKƏT DAYANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda müşahidə edilən qarlı hava şəraiti ilə
əlaqədar bəzi yollarda hərəkət çətinləşib.

Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a
bildirilib ki, Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yollarında yalnız
hər iki oxu ötürücü olan nəqliyyat vasitələri (ofroderlər) hərəkət
edə bilir. Belə ki, Muğanlı-İsmayıllı yolunun 138-ci
kilometrliyində və Ağsu dolaylarında yolun hərəkət hissəsində qarın
hündürlüyü 30 santimetrə çatıb.

Bundan başqa Bakı-Şamaxı, Şamaxı-Pirqulu yollarında da hərəkət
çətinləşib. Qarın yolun hərəkət zolaqlarını tutuması nəticəsində
minik avtomobillərinin bu istiqamətlərdə səfərə çıxmaması tövsiyə
edilir.


Digər magistral və rayonlararası yollarda da qar yağsa da,
nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yoxdur.

Nizam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp