Zakir Həsənov İDEX – 2019 sərgisində iştirak edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş
naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti
ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri
general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX – 2019
Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak
edib.

Publika.az-ın Müdafiə Nazirliyinə istinadən
verdiyi məlumata əsasən, mərasimdən sonra general-polkovnik
Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah
istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və
hərbi vasitələrin nümunələrinə baxış keçirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir