Rafael Ağayevdən GÖZLƏNİLMƏZ NƏTİCƏ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa
turnirində mübarizəni davam etdirirlər.

Azərbaycan Milli Karate Federasiyasından
Publika.az-a bildiriblər ki, 19 idmançımızın
mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda
görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala
sahib olub.

Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda
qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə
misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir