Leyla Əliyeva “Zima” festivalını izlədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group”
şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında “Zima-2019”
beynəlxalq uşaq festivalı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar
festivaldan gözləntilərini paylaşıblar.

Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova
jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər
bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə
tədbirlərin əhəmiyyətini qeyd etdi. “Belə gözəl uşaqlarla işləmək
mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu
uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət
yaddaşlarda qalacaq”, – deyə Rimma Şapovalova bildirib.


Sonra möhtəşəm qala-konsert olub. Festivalda çıxış edən
iyirmidən çox gənc istedad Azərbaycanın və dünyanın məşhur
hitlərini səsləndiriblər.
Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim
edilib.

Qeyd edək ki, festivalda iştirak üçün 100-dən çox istedad
müraciət edib. Onların yalnız 21-i finala çıxıb.

Festivalda, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər
ölkələrdən olan ifaçılar iştirak ediblər.

Festivalın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə
Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq
isə Rimma Şapovalovadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir