Azərbaycanda çay daşdı – Qəbiristanlıq su altında qaldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın
daşmasına səbəb olub.

“Report” xəbər verir ki, təbiət hadisəsi rayonun Sabirabad
kəndində baş verib.

Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı
məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və
zirzəmisini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub,
həmçinin kənd qəbiristanlığı da su altında qalıb.


Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə
texnikalar cəlb edilib.

Qeyd edək ki, əvvələr də intensiv yağıntılar zamanı bu çay
dəfələrlə daşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir