Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta
bilər.

Trend-in məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, iki dövlət rəhbəri arasında görüşün
mümkünlüyü müzakirə oluna bilər.


Z.Mnatsakanyanla Münhendə görüş imkanı barədə suala cavab verən
Azərbaycan XİN rəhbəri deyib:

“Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün
imkanlardan istifadə edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir