Zəhərli mikrobların daşıyıcısı – Alimlərin YENİ ARAŞDIRMASI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dəniz və okean sularının tərkibindəki mikroplastik
zərrəciklər insanlar, balıqlar və ətraf mühit üçün zəhərli olan
mikrobların dayışıcısıdır.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, son tədqiqatların kədərli nəticələri bunu göstərir.

Britaniya Tropik Dəniz Elmləri İnstitutunun alimləri müəyyən
ediblər ki, dəniz və okean sularının tərkibindəki çoxsaylı
mikroplastik zərrəciklər öz səthində zəhərli bakteriyalar daşıyır.
Bu bakteriyalar insanlar, balıqlar və ətraf mühit üçün böyük
təhlükə mənbəyidir. Alimlər laboratoriyalarda diametri 5
millimetrdən az olan mikroplastik zərrəcik nümunələrini tədqiq
ediblər. Bu zərrəcdiklərdə yara nahiyəsində infeksiyalara səbəb
olan vibrion bakteriyası, habelə qastroenterit törədən arkobakter
aşkar edilib.


Bundan əlavə, mikroplastikdə mərcanları məhv edən, balıqları
zəhərləyən bakteriyalar tapılıb. Alimlər bildirirlər ki, bütün bu
mikroorqanizmlər insanlarda, dəniz və okean sakinlərində ciddi qida
zəhərlənmələrinə səbəb ola bilər. Onlar müxtəlif ölkələrin
hakimiyyət orqanlarını təbii sututarlarda plastik kütlənin
səviyyəsinin azaldılması istiqamətində təxirəsalınmaz tədbirlər
görməyə çağırırlar. Ən sadə hesablamalar göstərir ki, hər il dəniz
və okeanlara 7 milyon ton plastik kütlə atılır.

Britaniya alimləri tədqiqatlar çərçivəsində Sinqapur
sahillərindən 275 mikroplastik nümunəsi götürüblər. Zərrəciklərin
səthində bütövlükdə 400-dən çox bakteriya növü aşkar edilib.
Plastik kütlə canlı orqanizmlərin çoxunun canına hopur, orada
toplanır və qida zənciri vasitəsilə insan orqanizminə daxil
olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir