“Sarı-jiletlilər” barədə 1800 hökm

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz
aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə
məhkəmələr tərəfindən 1800-dək hökm verilib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat
verib.

“Hərəkat başlayandan bu günədək məhkəmələr tərəfindən 1796 hökm
verilib, 1422 nəfər də barələrində məhkəmə hökmünü gözləyir”, –
deyə hökumət başçısı parlamentin aşağı palatasında deputatların
suallarını cavablandırarkən bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir