Plastik tullantılar neftə çevriləcək – YENİ TEXNOLOGİYA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru
Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka
qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş
yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını
hazırlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, onun sözlərinə görə, emal nəticəsində polimerlər, naftu
(karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla
bir çox qiymətli məhsullar istehsal ediləcək.

L.Van və onun həmkarları “hidrotermal mayeləşdirmə” adlı
texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya
materialların yüksək təzyiq altında orta temperaturadək
qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli
karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir