OPEC+ ölkələrinin “Alyans”ı yaradıla bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Prezidenti Vladimir Putin OPEC+ ölkələrinin yeni
və daha sabit strukturunun yaradılması təşəbbüsü ətrafında
müzakirələr aparıb.

Publika.az Rusiya KİV-lərinə istinadla xəbər
verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri
Peskov jurnalistlərə müsahibəsində bildirib.


Peskov deyib ki, Rusiyanın dövlət başçısı bu məsələni “G20”
ölkələrinin sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd
şahzadəsi Məhəmməd bin Salmanla da müzakirə edib. “Bu məsələ digər
beynəlxalq tərəfdaşlarla aparılan müzakirələrdə də bəyənilib.
Prezident Putin neftin qiymətləri üzrə dünya bazarında vəziyyətin
sabitləşməsi üçün bu addımın səmərəli olacağını qeyd edib”, -deyə
mətbuat katibi əlavə edib.

Bu yaxınlarda OPEC+ ölkələri məsləhətləşmələri davam etdirmək və
nəticə əldə etmək məqsədilə “Alyans” adlanacaq yeni strukturun
yaradılmasını müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir