“Gənclərin həyatda layiqli yer tutmaları üçün Azərbaycanda bütün şərait var”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500
gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə
çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat
bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə
nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər
biliklidirlər”.

Publika.az xəbər verir ki, bu fikirləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Real TV-yə
müsahibəsində deyib.


Dövlət başçısı bildirib ki, gənclərin gələcəkdə həyatda layiqli
yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər
üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən
göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət
qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox,
başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab
edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət
göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə
hazırlamalıdırlar.

Mən çıxışımda gənclərə öz sözümü dedim. Dedim ki, əlbəttə,
bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı
vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii
sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual
səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin
hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların,
biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli,
savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim,
gənclərimiz milli ruhda tərbiyə almalıdırlar. Biz əsrlər boyu başqa
ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli
mənliyimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk
növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadiq
olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu
ən əlverişsiz mühitdə qorumuşuq, bu gün də qorumalıyıq. Bunu
qoruyan nəsillərdir – yaşlı nəsil, gənc nəsil. Bu gün biz bunu
qoruyuruq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli
maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər
gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda
milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq
gəncləri bu istiqamətə yönləndirək ki, onlar böyüyəndə həmişə
Azərbaycanın dövlət müstəqilliyinin keşiyində dursunlar. Ona görə
hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik, milli ruh
gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan
gəncləri məhz bu meyarlara cavab verirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir