Bəzi məsələləri mediadan öyrənirəm və dərhal… – Prezident

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bilirsiniz ki, mən Azərbaycan mediasına daim böyük
dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı
görüşlərim bunun əyani sübutudur. Həmişə çalışmışam ki, öz işimlə
medianın inkişafına dəstək verim.

Publika.az xəbər verir ki. bu sözləri
Azərbaycan Prezidenti İlham Əliyev Real TV-yə müsahibəsində
bildirib.

“Şadam ki, Azərbaycan mediası ölkəmizin həyatında önəmli rol
oynayır. Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm,
bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal
reaksiya verirəm. Bu barədə də mən bir neçə dəfə öz fikirlərimi
bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası
ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Bəzən belə bir sual verilir ki, nə üçün Prezident xarici mediaya
daha çox müsahibə verir. Bunun iki səbəbi var, istərdim bu barədə
də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin.
Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi
əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya
mübarizəsi gedir, Azərbaycana qarşı bir çox hallarda çox əsassız
ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir.
Bunda məqsəd ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi müstəqil,
inkişaf yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi
təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz,
sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni bütün bu
bizə qarşı aparılan təbliğatın qarşısında biz öz həqiqətlərimizi
ortaya qoyuruq, Azərbaycanın müasir, güclü dövlət olduğunu
tanıdırıq və ölkə haqqında həqiqətləri çatdırırıq.


İkinci səbəb ondan ibarətdir ki, hesab edirəm ki, ölkə daxilində
gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif
formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat
xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən
toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi,
görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının
icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər barədə çox
aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları
həm məndən eşidirlər hansı işlər görülüb, harda uğurlara nail
olmuşuq, harda hələ ki, həll olunmamış problemlər, nöqsanlar var,
eyni zamanda, görüləcək işlərlə bağlı məlumat verilir.

Müntəzəm olaraq müxtəlif mövzularla bağlı öz fikirlərimi
bildirirəm, çatdırıram. Yenə də deyirəm ki, bu həm hesabat
xarakterili, həm də ki, görüləcək işlər, istiqamətlər,
istiqamətverici çıxışlardır.

Ona görə istərdim Azərbaycan mətbuatı bu məsələ ilə bağlı bu iki
amili bilsin. Eyni zamanda, bugünkü müsahibəmiz (Real TV-yə
müsahibəsi nəzərdə tutulur – red.) onu göstərir ki, mən həmişə
Azərbaycan mətbuatına da açıq olmuşam və bundan sonra da belə
olacaqdır”, – Prezident qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir