Baş nazirdən ali təhsillə bağlı MÜHÜM QƏRAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi
ixtisaslaşmalarda dəyişikliklər edilib.

Nazirlər Kabinetinin qərarı əsasında “Ali təhsilin bakalavriat
səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan
dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.


“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi
ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” adlı sənədin adında da
dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat
səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura
səviyyəsinə aid edilib.

Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.
(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir