Amerikalı məşhur “Qremmi”nin qırmızı xalçasına azərbaycanlı dizaynerin hazırladığı libasda çıxdı – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, bazar günü “Qremmi”
mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, gecənin ən maraqlı
hadisəsi “Qremmi” laureatlı müğənni Aşanti ilə amerikalı ifaçı
İnasksın qırmızı xalçaya azərbaycanlı modelyer Rüfət İsmayılın
kolleksiyasında çıxması olub. Bu barədə “Afffair” brendinin
yaradıcısı özü instaqramda məlumat verib.


Məlumat üçün bildirək ki, Rüfət İsmayılın “Kəpənək Effekti” adlı
yeni kolleksiyası sabah Nyu-Yorkda moda həftəsində nümayişə
çıxacaq. O, ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir
ki, kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan
İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində
nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin
ən mötəbər məkanında – “Pitti Uomo” sərgisində də təqdim olunub.
“Fashion TV” kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı
dizayneri hesab edib.

Dizaynerin ulduz alıcıları arasında Beyons, Cey Lo, Cordana
Hyuston, Alan Tapiqliana, Loren Xureqi və başqalarını misal çəkmək
olar. “Türkiyənin ən yaxşı dizayneri” seçilən Rüfət İsmayıl
Azərbaycanda əsasən Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün
libaslar hazırlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir