“Unibank” daha bir yenilik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daim öz əməkdaşlarının inkişafına çalışan Unibank, bu
istiqamətdə daha bir yenilik edib. Bank, əməkdaşlarının bilik
səviyyəsini “Gamefication” vasitəsi ilə inkişaf etdirir.

Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması
məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf Mərkəzi
tərəfindən aparılır. Dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən
tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin
maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir
edir. “Gamefication”-ın əsas üstünlüklərindən biri, Bankdaxili
qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul
və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və
oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır. Bu
format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən
və komanda ab-havasında aparılır. “Gamefication”-nın ilk formatı
test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır,
daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq.
Gələcəkdə “Gamefication”-nın onlayn kompüter oyunları vasitəsilə də
aparılması planlaşdırılır.

Unibank-hər kəsin bankı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp