Qrip virusunun yenidən yayılma təhlükəsi var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstanın müvafiq qurumları qrip virusu ilə bağlı
əhaliyə yenidən xəbərdarlıq edir.

Publika.az xəbər verir ki, müvafiq strukturlar
fevralın 2-ci yarısı və mart ayında ölkə ərazisində qrip virusunun
yenidən baş qaldıracağını bildirirlər.

Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli
Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib ki, ölkə ərazisində
yanvar ayında tüğyan edən qrip virusu artıq zəifləyib. Lakin
Avropada bu virus yenidən canlanıb və bəzi ölkələrdə təhlükəli
həddə çatıb: “Qrip virusunun yenidən Gürcüstana keçəcəyi istisna
edilmir. Odur ki, əhali son dərəcə ehtiyatlı olmalıdır”. Mərkəz
rəhbərinin sözlərinə görə, hazırda ölkədə əhalinin hər 100 min
nəfərindən 186-sı qrip xəstəsidir. Yanvar ayında isə bu rəqəm 277
idi.


Bu günədək Gürcüstanda 22 nəfərin donuz qripindən öldüyü
laboratoriyada təsdiq olunub.

Əhalinin xəstəxanalara yerləşdirilməsində də azalma müşahidə
olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir