BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Britaniya Film və Televiziya İncəsənəti Akademiyası
(BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum
olub.

Publika.az xəbər verir ki, Meksika rejissoru
Alfons Kuaronun lentə aldığı “Roma” dramı “Ən yaxşı film”
kateqoriyasında qalib gəlib.

Kuaron həmçinin “Ən yaxşı rejissor işi” nominasiyasında qalib
olub.

Rejissor Yorqos Lantimosun ekranlaşdırdığı “Favorit qadın”
tarixi filmi ən yaxşı Britaniya kinosu kimi BAFTA mükafatına layiq
görülüb.

Oliviya Kolman və Reyçel Vays “Favorit qadın” filminə görə
müvafiq olaraq “Ən yaxşı qadın rolu” və “İkinci planda ən yaxşı
qadın rolu” nominasiyalarında qalib gəliblər.

“Bohem rapsodiyası” bioqrafik ekran əsərində Freddi Merkurini
canlandıran Rami Malek “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi
olub.

Bütün mərasim zamanı 24 nominasiyada qaliblər elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir