Qızları soyunduraraq AĞACA BAĞLAYIR, sonra isə bunu edirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Təhkimçiliklə qəddar rəftar rus malikanələrində nadir hadisə
deyildi. Amma söz açacağımız presedent sadizmin ən dəhşətli
hadisələrindən biri kimi tarixə düşüb. Mülkədar Darya
Saltıkova
öz himayəsində çalışan 138 kəndlini amansızlıqla
qətlə yetirib.

Publika.az portalın “Tarix” bölməsinin
oxucularına məşum sadist qadının uzun vaxt cəzasız qalan
cinayətləri haqda yazını təqdim edir:

Qızlıq soyadı İvanova olan Darya Nikolayevna
Saltıkova
I Pyotrun yaxın adamının qızı idi. 1730-cu ildə
Moskva ətrafı Troisk kəndində doğulub, ailə qurandan sonra bir neçə
malikanənin sahibi olur.

Evlilikdən qısa müddət sonra Saltıkova dul qalır və 26 yaşında
artıq Moskva, Voloqda və Kostroma quberniyalarında təxminən 600
təhkimçi kəndlinin işlədiyi bir neçə malikanənin sahibi olur.
Ərinin ölümünə qədər o, sadist meylləri ilə seçilmirdi. Amma
tezliklə, Troisk kəndinin ətraflarına da sahib olandan sonra onun
amansız vəhşilikləri haqqında xəbərlər hər yana yayılmağa
başladı.

Qulluqçuların müntəzəm döyülməsi ən adi günahlara görə baş
verirdi: pis yuyulmuş döşəmə, pis yuyulmuş paltar və s. Əvvəlcə o,
kəndliləri çubuq, odun parçası, şallaq və s. ilə döyürdü. Get-gedə
cəzalar sərtləşdi və təqsirkarları atabaxanlar, onlar ölənə qədər
döyməyə başladı.

Saç buran isti çatılarla Saltıkova qurbanlarını qulaqlarından
tutur, onların üstünə qaynar su tökür, saçlarını yandırır və ac
saxlayırdı. Şaxtalı havada soyunduraraq ağaclara bağlayırdı.
Xüsusilə, qızlar və qadınlar daha sərt cəzaların qurbanı
olurdular.

Sadistin əllərindən onun məşuqu da zərər çəkir – bu, zadəgan
Nikolay Tyutçev idi – şair Fyodor Tyutçevin babası. O, Saltıkovanı
tərk edəndən və yeni sevgilisi ilə evlənməyə qərar verəndən sonra
mülkədar atabaxana əmr edir ki, əldəqayırma bomba qoyulan arabanı
onun evinin altında yerləşdirsin. Atabaxan belə bir əmri yerinə
yetirməyə qorxur və qətl baş tutmur.

Polis bütün bu hadisələrə səthi yanaşırdı. Mülkədar bolluca
məbləğ ödəyərək, yox olmuş kəndliləri qaçmış və ya itkin düşmüş
kimi qələmə verdirirdi. Dövrün rəsmi sənədlərinə əsasən, 50 insan
“xəstəlikdən ölmüş”, 72 insan “xəbərsiz itmiş”, 16 insan “sevgilisi
ilə qaçmış”dı.

Beləcə daha uzun müddət davam edərdi, əgər 2 təhkimçi kəndli
malikanədən qaçaraq imperatriçəyə şikayət etməsəydi. Saltıkova
qaçaqlardan birinin – Yermolay İvanovun 3 arvadını qətlə
yetirmişdi.

Qullar mülkədarlardan tez-tez şikayət edirdilər – XVIII əsrdə
zadəganlar həddini o qədər aşmışdılar ki, istənilən xırda günaha
görə, kəndliləri hətta Sibirə belə sürgün edə bilirdilər.

Amma II Yekaterina taxta çıxandan sonra bütün bu biabırçılığı öz
şəxsi kontrolu altına götürdü – qətl edilmiş, həyatları qaraldılmış
insanların sayı onu təəccübləndirirdi. Onun yaratmağa
planlaşdırdığı oxumuş cəmiyyətdə, belə vəhşiliklərə yer yox
idi.

Əvvəlcə Saltıxovanı ev dustağı edirlər. 1764-cü ildə isə ona
cinayət işi açaraq sübutlar yığmağa başlayırlar. Dindirilən şahid
sayı 400-dən çox idi. Qatil öz günahını inkar edirdi: “Mən öz
malikanəmdə qayda-qanun yaradırdım…”. Çox keçmədi ki, onun
cinayətləri artıqlaması ilə sübut olundu.

Saltıkovanı zadəgan rütbəsindən məhrum etdilər və bütün əmlakını
əlindən aldılar. Onun üzərində vətəndaş məhkəməsi təşkil edildi:
boş sahədə biabırçı vəziyyətdə, sinəsində “Ürək dağlayan! Əzab
verən qatil!” lövhəciyi asaraq sütuna qandalladılar. Bundan sonra,
tarixin ən amansız cinayətkar qadınlarından biri öz həyatının 33
illik davamını həbsdə keçirdi.

Zaur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp