ABŞ ordusunu bu tarixdə geri çəkəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Suriyadakı Pentaqon qüvvələrini bu ilin aprel ayının
sonuna qədər tamamilə geri çəkəcək.

Publika.az xəbər verir ki, bu iddia “Wall
Street Journal” qəzetində yayımlanıb.

Qəzetin hazırkı və sabiq diplomatlara istinadən verdiyi xəbərə
görə, ABŞ prezidenti Donald Tramp YPG/PKK terror təşkilatının
qorunması üçün hər hansı bir planın qurulmasını gözləmədən aprel
ayının sonuna qədər Suriyadan geri çəkilmək istəyir.

Geri çəkilmək üçün son mərhələnin tamamlanması gərəkdir. Yəni
İŞİD-in nəzarətində qalan bir neçə bölgəni aldıqdan sonra Pentaqon
ordusunun Suriyada işi qalmayacaq. Planlarda dəyişiklik edilməzsə,
ordunun böyük qismi mart ayında göndəriləcək.

Xəbərdə həmçinin, ABŞ-ın YPG/PKK-nı qorumaq mövzusunda Türkiyə
ilə danışıqlar apardığını, lakin bu məsələdə irəliləyişə nail
olunmadığı qeyd edilib.

Pentaqon isə xəbərlə bağlı rəsmi açıqlama verməkdən qaçır. Lakin
Donald Tramp İŞİD-lə mübarizə çərçivəsində qurulan beynəlxalq
koalisiya üzvlərinin xarici işlər nazirlərinin toplantısında gələn
həftə İŞİD-in tamamilə məğlub edildiyini rəsmən açıqlaya
biləcəklərini demişdi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp