İspaniya kraliçasının obrazını tamamlayan zinət əşyaları

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sırğalara böyük rəğbət bəsləyən İspaniya Kraliçası
obrazını istər xüsusi dizayn, istərsə də ucuz bəzək əşyalarını
tamamlamağı sevir.

Kraliça Letisiya müxtəlif formaları sırğaları sınaqdan keçirməyi
xoşlasa da, onların hər biri demək olar ki, füsunkardır.
Əlahəzrətin ən rahat dəstlərini bu aksessuar olmadan təsəvvür etmək
mümkün deyil. Bu, “Chanel”in bir cüt bahalı mirvarisi, yaxud da
demokratik brendlərin ucuz qiymətli bəzəkləri də ola bilər.
Qarderobuna “Zara” kimi brendlərin məhsullarını daxil edən kraliça
bəzək mövzusunda da eyni prinsipə əsaslanır. Onu geyimin və
aksessuarın qiymətindən daha çox üzərində necə görünməsi
maraqlandırır. Odur ki, sahib olduğu ali nüfuzuna baxmayaraq, özünü
yalnız qiymətli zinət əşyaları ilə məhdudlaşdırmır. O, bəzək
əşyalarını xüsusi qayğı və ehtiyatla seçərək nəinki öz obrazı ilə,
həm də makiyajı ilə mükəmməl ahəngə nail olur.

İspan kraliçasının mücrüsünə nə qədər sırğa daxil olduğunu
saymaq mümkün deyil, 2014-cü ildə həyat yoldaşı İspaniya kralı
təyin olunduqdan sonra krallığın qiymətli əşyalarından limitsiz
istifadə əldə edib. Habelə o, şəxsi kolleksiyasına sahibdir. Bir
çox bəzəklərini isə kraliça Letisiya zərgərlik evlərinin hədiyyəsi
kimi qəbul edib. Ola bilsin ki, bu, krallıq ənənələrinə ziddir,
lakin ölkədəki iqtisadi vəziyyəti nəzərə alsaq, ona haqq
qazandırmaq olar. Bundan əlavə, Letisiya “Coolook”, “Tous”, “Mango”
və əlbəttə ki, “Zara” kimi markaları çox yaxşı reklam edir.

Yaqut və brilyantlarla işlənmiş sırğaları Letisiya ilk dəfə
“Expansión” qəzetinin 30-cu ildönümü münasibətilə təşkil edilən
mərasimdə taxmışdı. Keçmiş jurnalistika karyerasını nəzərə alsaq, o
daha zərif aksessuara üstünlük verə bilərdi.

İstisna halları çıxsaq, tünd rənglərə üstünlük verən kraliça
açıq rəngli daş-qaşları taxmağı sevmir. Bunu o, gözlərinin açıq
rəngli olması ilə izah edir. Bununla belə kolleksiyasında bir neçə
maraqlı nümunəyə rast gəlmək olar.

Bijuteriyalara sevgisini heç vaxt gizlətməyən Letisiya ucuz
bəzək-düzəkləri axşam obrazlarına da əlavə edir. Nəticə uğurlu və
daha ucuz alınır. Məsələn, “Parfois”dən olan bu sırğaların qiyməti
cəmi 6 avrodur.

Kraliça brilyant qaşlı sırğaları xüsusi hallarda taxır.

İri və qeyri-adi formaları sırğalar monarxların qulaqlarında
nadir hallarda parıldayır. Ancaq çoxlarına məlumdur ki, Letisiya
krallığın geyim-koduna itaət edən biri deyil. Məsələn, şəkildəki
yoğun qızılı halqalar “Mango” dandır.

Zərif və klassik dizayn kraliçanın üslubuna xas deyil, bununla
belə qeyd etmək lazımdır ki, yaşıl oniks İspaniyanın Kraliçasının
gözləri ilə mükəmməl ahəng yaradıb.

Məşhur Fransız markası – “Chanel”dən olan budaqvari sırğalar
əlahəzrətin ən qiymətli və hörmətli zinət əşyalarından biridir.
Kraliçanın “Chanel” sırğalarını tez-tez istifadə etməsi bu faktı
bir daha təsdiq edir. Onların kiçik forması isə aldadıcıdır: 18
karatlıq ağ qızılın qiyməti 6,400 avrodur.

İspaniya kraliçasının açıq mavi qaşlı daha bir nadir sırğa
nümunəsi. “Bulgari”dən olan ağ qızıl sırğalar əlahəzrətin
kolleksiyasının ən bahalı bəzəyidir.

Yaxından baxsanız, bu sırğaların ağzında dişi iri daşları
saxlayan şir şəklində yaradıldığını görərsiniz. Orijinal dizayn
Anton Heunis butikinə aiddir.

12 avroluq parlaq və irihəcmli növbəti sırğa cütü “Zara”ya
aiddir.

İspan markası – “Coolook” kral Flippin həyat yoldaşının
favoritləri sırasındadır. Bu marka ona gözəllik ilhamının tükənməz
bir mənbəyi verir. Sırğalardakı çalarlar kraliçanın makiyajı ilə
mükəmməl uyğunluq yaradıb.

İspan kraliçası yaşıl rəng çalarlara olan sevgisinə baxmayaraq,
onları istisna hallarda taxır.

Bu sırğaların qiyməti məlum deyil, amma dizaynın incəliyi və
brilyantların təmizliyi nəzərə alınsa, minlərlə avro dəyərində
hesablanır. Yeri gəlmişkən, onlar kraliçanın qayınatası ilə
qayınananın toy hədiyyəsidir.

“Tous” Letisiyanın bəyəndiyi başqa bir ispan markasıdır. Bu,
yarı qiymətli daşlara olan sevgisinə tam cavab verir. Əlahəzrətin
bu markanın bütün ölçülərdə və rənglərində olan sırğalarına
sahibdir. Xrizopraz ilə sarı qızıldan və ehtimal ki, yaqutlardan
hazırlanan zinət əşyası ən parlaq sırğa cütlərindən biridir.

Letisiya bu sırğaları tez-tez və demək olar ki, olaraq istənilən
dəsti ilə taxır. Lakin bu, təəccüblü deyildir: iki parlaq çalar ilə
nəcib bozun vəhdəti imkan verir ki, onu istənilən geyimlə
uyğunlaşdıraq.

Letisyanın “Coolook” markasına olan sevgisinin daha bir sübutu.
Yaşıl və çəhrayının müxtəlif tonlarından ibarət olan irihəcmli
sırğalar kraliçanın tvid kostyum ilə mükəmməl uyğunluq təşkil
edib.

İspan kraliçasını ən effektli və qiymətli sırğalarını Böyük
Britaniyaya dövlət səfəri zamanı rəsmi ziyafətdə taxmışdı. Tamamilə
brilyant daşlardan mürəkkəb yarpaq şəklində yerinə yetirilən
sırğanı böyük göy sapfirlər tamamlayır. Zinət əşyasının hansı
zərgərlik evinə aid olduğu məlum deyil – müşahidəçilərin fikrincə,
bəlkə də bu Yaxın Şərq krallıqlarından birinin hədiyyəsidir.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir