İlham Əliyevdən plastik qablarla bağlı SƏRƏNCAM

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında
plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin
azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılır:

– bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə
tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

– Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının
gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat
versin.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının
monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp