“Oskar”ın təqdimetmə mərasimində YENİLİK

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fevralın 24-də baş tutacaq “Oskar” mükafatının
təqdimetmə mərasimi aparıcısız keçiriləcək.

Publika.az xəbər verir ki, bunu ABC
telekanalının əyləncəli verilişlər departamentinin direktoru ABC
Keri Berk deyib.

Onun sözlərinə görə, prodüserlər qərara gəliblər ki, mükafatları
dəvət olunmuş məşhurlar təqdim etsin. Keri Berk bildirib ki, bu
ideya həm Amerika Kinoakademiyası, həm də mərasimin yayımlanacağı
telekanal tərəfindən dəstəklənib.

Berk eyni zamanda bildirib ki, “bu, mərasimi 3 saata qədər
azaltmağın ən yaxşı üsuludur”.

“Reuters” xəbər verir ki, “Oskar”ın təqdimetmə mərasimi yalnız
1989-cu ildə aparıcısız keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp