İcra başçısı: Ağsuda zəlzələdən 48 evdə çatlar yaranıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ağsu rayonunda zəlzələdən ümumilikdə 48 evdə çatlar
yaranıb.

Bu barədə Trend-ə Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı
Ənvər Seyidəliyev deyib.

Rayonun zəlzələdən zərər çəkən yaşayış məntəqələrində olan
Ə.Seyidəliyev bildirib ki, hadisə nəticəsində ən çox Kalva və
Dilman kəndlərindəki evlərə ziyan dəyib:

“Bu kəndlərdə ümumilikdə 45 evdə çatlar var. Bəzilərində köhnə
çatlar olub və zəlzələ zamanı böyüyüb. Hadisə nəticəsində evlər o
qədər təhlükəli vəziyyətə düşməsə də, müəyyən yerlərdə iri çatlar
var. Hazırda ərazidə sakitlikdir, komissiya araşdırmalarını davam
etdirir. Ailələrin köçürülməsi səviyyədə təhlükə yoxdur. Sadəcə
çatlar olan evlərin təmirə ehtiyacı var. Araşdırmalar başa çatandan
sonra bu barədə müvafiq qərar qəbul ediləcək”.

İcra Hakimiyyəti başçısı bildirib ki, ilkin araşdırmalar zamanı
Kalva və Dilman kəndlərində 45, Daşdəmirbəyli kəndində 2, Qaraqaşlı
kəndində isə 1 evdə çatlar yaranıb.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ baş verib. İlkin
zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda
Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların
ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala
yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ
isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə
İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü
hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp