Universitet azərbaycanlı tələbənin ölümü ilə bağlı başsağlığı verdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Biləcik şəhərində Azərbaycanlı gəncin idarə
etdiyi avtomobil ilə fabrik işçilərini daşıyan maşının toqquşması
nəticəsində Azərbaycan vətəndaşı, Biləcikdə təhsil alan 23 yaşlı
Mirsani Seyidovun vəfat etməsi barədə məlumat
vermişdik.

Publika.az xəbər verir ki, M.Seyidovun təhsil
aldığı Biləcik Şeyh Edebali Universiteti baş vermiş hadisə ilə
bağlı başsağlığı yayıb.

Qeyd edək ki, fevralın 3-də Biləcikdə Kadri.D adlı yerli sakinin
idarə etdiyi avtobusla M.Seyidovun olduğu 34 MM 1844 nömrə nişanlı
“Mazda”nın toqquşması nəticəsində gənc oğlan ağır xəsarət alıb və
Düzcə Dövlət Xəstəxanasında vəfat edib.

Faciəvi şəkildə dünyasını dəyişən azərbaycanlı tələbənin bəzi
fotolarını təqdim edirik.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp