Bildiyiniz reseptləri unudun – 3 gündə 3 kilo arıqladan əfsanəvi şorba

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mərci şorbasının artıq çəkinin atılmasında yardımçı
olduğunuzu bilirdinizmi?

Publika.az 3 gündə ödəm atan və yağ yandıran
mərci şorbasının hazırlanma qaydası və faydalarını təqdim edir.

Bu resept ilə 3 gündə 3 kilo arıqlaya
bilərsiniz:

Yarım stəkan qırmızı mərci

3 yemək qaşığı bulqur

2 yemək qaşığı kətan toxumu

1 ədəd kartof

3 ədəd acı bibər

2 ədəd orta bor soğan

3 diş sarımsaq

1 çay qaşığı zəncəfil tozu

1 yemək qaşığı pomidor tomatı

3 yemək qaşığı ispanaq

2 litr su

Sosu üçün:

1 yemək qaşığı quru nanə

1 qaşıq pul bibər

1 qaşıq istiot

1 yemək qaşığı şüyüd toxumu

Kartof, soğan və sarımsağı soyub iri-iri dilimləyin. Daha sonra
qazana tökün və üzərinə mərci ilə bulquru əlavə edin. Bibər,
zəncəfil və ispanağı doğrayıb qazana əlavə edin. Son mərhələdə su
ilə tomatı bir qabda qarışdırıb qazana tökün. Orta odda 40 dəqiqə
qədər qaynadın. Soyuduqdan sonra blenderdən keçirin. Şorbanı duzsuz
şəkildə içə bilərsiniz.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir