Bakıda idman avtomobili yüksək sürətlə işıq dirəyinə çırpılıb PARÇALANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı şəhərinin Xətai rayonunda ağır yol qəzası baş
verib.

Publika.az xəbər verir ki, Nobel prospektində
“Kia cerato” markalı ikiqapılı idman avtomobili yüksək sürətlə işıq
dirəyinə çırpılıb.

Belə ki, gecə saat 00 radələrində yolda avtomobillərin az olduğu
vaxt prospektdə yüksək sürət yığıb və idarəetməni itirməsi
nəticəsində avtomobil dirəyə çırpılıb. Zərbənin gücündən maşının
motoru mühərrikxanadan çıxaraq kənara düşüb.

Qəza zamanı xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan
olmayıb.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir