Əsədin bombaladığı yaşayış binası çökdü: ölənlər var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Suriyanın Hələb şəhərinin mərkəzində daha əvvəl Əsəd
rejimi tərəfindən bombardman edilən 7 mərtəbəli yaşayış binası
çöküb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub,
xeyli sayda insan yaralanıb. Çökən binanın qalıqları altında 2-si
uşaq olmaqla, bir ailənin 5 üzvü dünyasını dəyişib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən ilin mart ayında Hələbin Əl-Səfa bölgəsində 5
mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 3 nəfər dünyasını
dəyişmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir