Kapital Bank-ın kartları ilə 50 manat qazanmaq şansı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kapital Bank-ın Visa və MasterCard kart sahibləri Mərkəzi Bankın
keçirdiyi “Kartla ödə, kartla qazan” adlı lotereyada iştirak edə
bilərlər. Şərtlərə görə, ölkə daxilindəki POS terminallar
vasitəsilə minimum 5 AZN ödəniş edən müştərilər, avtomatik olaraq
lotereya iştirakçısına çevrilirlər.

30 aprel 2019-cu il tarixinədək davam edəcək lotereyada hər ay
ölkə üzrə 600 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait
qazanacaq. Ətraflı məlumat üçün –
https://www.cbar.az/page-133/stimullasdirici-lotereya.

Qeyd edək ki, Visa və MasterCard kartlarını Kapital Bank
filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş
etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və
avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə
təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank,
98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün
www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp