İlham Əliyev bir ailəni ölümdən xilas edən qardaşlarla bağlı SƏRƏNCAM İMZALADI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun
“İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda deyilir
ki, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı
göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud
Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif edilsinlər.

Qeyd edək ki, Şirinov qardaşları Ukraynada böyük şücaət
göstərərək bir ailəni ölümdən xilas etməklə gündəmə gəlmişdilər.
Onlar Ukraynada da ali medalla mükafatlandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir