Azərbaycanda devalvasiya olacaq? – RƏSMİ AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbayanda devalvasiya haqqında danışılanlar
qeyri-ciddidir. Bütün proqnozlar makroiqtisadi stabilik üzərində
qurulub”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün
keçirdiyi mətbuat konfransında deyib.

“Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb.
Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər
resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə
oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir. Bu il
Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil
olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə
məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə
ideologiyası üzərində qurulub”, – deyə o, qeyd edib. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir