Connect with us

İdman

Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Kempo Növləri Federasiyası Beynəlxalq Cyuqo Kobute və Kempo-Ryu Federasiyasının yekun tədbiri.

Published

on

Spread the love

1996-cı ildən Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyası rəsmi fəaliyyətə başlamışdır. Həmin ildən Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyası dünya OQKF-nın üzvlüyünə qəbul edilmişdir. Okinava Qocyu-Ryu Karate-Do növünü Azərbaycanda ilk dəfə başlayan və inkişaf etdirən Azərbaycan üzrə baş təlimatçısı (şefinstruktor), Beynəlxalq Okinava Qocyu-Ryu Karate-Do müəllimlik məktəbini bitirmiş, Beynəlxalq Jugo Kobute və Kempo-ryu Federasiyasının prezidenti və Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Qocyu-ryu karate-do üzrə VI-Dan, Jugo Kobute və Kempo-ryu üzrə VIII-Dan, Suma üzrə XIII-Dan, Ciu-citsu üzrə II-Dan, Şhotakan karate-do üzrə I-dan qara kəmər sahibi, Azərbaycan Respublikasının faxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi Tarverdi əflan oğlu Allahverdiyevdir.

Beynəlxalq Cyu-qo Kabute və Kempo-Ryu Növləri Federasiyası 1999 – cu ildə yaradılıb .Bu idman Okinava Qocyu-Ryu Karate-Do növündən Allahverdiyev tərəfindən sintez edilərək Cyu-qo Kabute və Kempo-ryu növü kimi yaradılmışdır. Cyu-qo sözü yapon sözüdür, Cyu sözünün mənası yumşaq, qo sözünün mənası sərt, Kabute sözünün mənası soyuq və odlu silahdan müdafiə, Kempo-ryu “Kempo” sözünün mənası yumruğun üslubu qanunu, “Ryu” məktəb deməkdir.

T.Allahverdiyev Azərbaycanın bütün bölgələrində olan filiallarda Okinava Qocyu-Ryu Karate-do, Cyu-qo Kabute və Kempo-ryu növlərini inkişaf etdirir.

Beynəlxalq Cyu-qo Kabute və Kempo-ryu Növləri Federasiyasının nümayəndəlikləri İran İslam,Türkiyə, Çin, Gürcüstan, Bolqariya, Ukrayna, Özbəkistan, İrak və s. Dövlətlərdə fəaliyyət göstərirlər.

2019 il yanvar ayının 27 də keçirilən 2018 ci ilin hesabat tədbirində Federasiyanın vitse-prezidenti Təlimçilər , təlimalanlar və dəvət edilmiş qonaqları salamlayaraq tədbiri açdı . Federasiyanın əldə etdiyi uğurlardan və qarşıya qoyulan məqsədlərdən söz açan Tarverdi Allahverdiyev fərqlənən təlimçilər , təlimalanlar və qonaqlardan bir çoxuna Fərqlənmə diplomu , Fəxri Fərmanlar , pul mükafatları təqdim etdi .

Continue Reading
Click to comment

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İdman

“Arsenal” erməni futbolçusunu Bakıya gətirməyəcək

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda “Çelsi”yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.


Mənbənin məlumatına görə, “topçular” mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu “təhlükəsizlik” səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.




Continue Reading

İdman

Yığmamız elit-raundda mübarizəyə başlayır

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayır.

Publika.az Qol.az-a istinadən xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirəcək. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparacaq. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya – Azərbaycan

Hakimlər: Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)

Krasnodar Akademiyasının stadionu





Continue Reading

İdman

Rafael Ağayevdən GÖZLƏNİLMƏZ NƏTİCƏ

Published

on

By

Spread the love

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa
turnirində mübarizəni davam etdirirlər.

Azərbaycan Milli Karate Federasiyasından
Publika.az-a bildiriblər ki, 19 idmançımızın
mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda
görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala
sahib olub.

Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda
qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə
misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.





Continue Reading

ən çox oxunanlar