Roma Papası ilə görüşmək üçün növbəyə düzülən ərəblər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dubayda on mindən çox insan Roma Papası Fransisk ilə
görüşə bilet əldə etmək üçün Müqəddəs Mariya kilsəsinin qarşısına
toplaşır.

Publika.az yerli KİV-ə istinadla xəbər verir
ki, Papa Fransisk fevralın 5-də Əbu-Dabinin 43 min yerlik “Zayed
Sports City” stadionunda messa keçirəcək. Hazırda Roma Papası ilə
görüşə 50 min adam qeydiyyatdan keçib və bu proses fevralın 1-dək
davam edəcək. Əmirlikdə yerləşən məbədlərin qarşısında minlərlə
adamın toplaşması ilə əlaqədar pulsuz biletlərin paylanmasına
yanvarın 28-dən başlanıb.

Xatırladaq ki, Roma Papasının səfəri fevralın 3-dən 5-dək
Əbu-Dabinin vəliəhd şeyxi və Birləşmiş Ərəb Əmirlikləri Silahlı
Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed
Al Nəhyanın şəxsi dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində
Pontifikin Müsəlman Ağsaqqallar Şurasının üzvləri ilə görüşü
nəzərdə tutulub. Fevralın 4-də isə Əbu-Dabidə dünyanın müxtəlif
ölkələrindən gələcək dini liderlərin iştirakı ilə ümumbəşəri
qardaşlığa həsr olunmuş görüş təşkil ediləcək.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam
Allahşükür Paşazadənin də iştirakı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir