Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşdü
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.
Görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata
keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” çərçivəsində
təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına
toxunaraq forumların BMT vasitəsilə canlı yayımının təşkilində
dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin BMT-nin baş
katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan
“Bakı prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə
yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd
edildiyini diqqətə çatdırıb. Cari ilin 2-3 may tarixində Bakıda
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini
bildirən Əbülfəs Qarayev Forumun təşkilində BMT ilə fəal əməkdaşlıq
təcrübəsi olduğunu qeyd edib.
Qulam İsakzai, öz növbəsində 5-ci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmağa hazır
olduğunu qeyd edərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif
edib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.