Gediş haqqı aşağa salındı – Azərbaycanda

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Dəmir Yolları” QSC fevralın 4-dən Bakı-Gəncə
sürət qatarının hərəkət qrafikini və gediş haqqını
dəyişir.

Publika.az quruma istinadən xəbər verir ki,
gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə
həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə
deyil, 4 saat 15 dəqiqə təşkil edəcək.

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan
10 manata endiriləcək. Birinci sinif və biznes vaqonlarda isə gediş
haqqı dəyişməyəcək.

Standart vaqonlarda səhər yemək və sərinləşdirici içkilərin
pulsuz verilməsi dayandırılacaq. Sərnişinlər istədikləri zaman,
qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə
bilərlər.

Birinci sinif və biznes vaqonlarda isə yemək və sərinləşdirici
içkilərin verilməsi əvvəlki qaydada davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp