Daxili İşlər Nazirliyi bu qadınla bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda müxtəlif cinayət əməlləri törətmiş qadın
tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Natəvan
Ağayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət
edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski
küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500
manat verib. Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl
etməyərək onu dələduzluq yolu ilə aldadıb. Şöbə əməkdaşlarının
həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə
şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana
Babayeva saxlanılıb. O, izahatında etdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun
digər cinayətinin də üstü açılıb. Belə ki, araşdırma zamanı
R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində
yerləşən mənzildən 1000 ABŞ dolları və 1 ədəd dəyəri 3000 manat
olan xalça oğurladığı da məlum olub. Saxlanılan şəxs oğurladığı
xalçanı 1200 manata satıb.

Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs
barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin
İstintaq şöbəsinə göndərilib.

Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər
analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun
əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili
işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci
PŞ-nə müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp