Bakı Zooparkı fəaliyyətini DAYANDIRIR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi
prosesinə başlanılıb. Bunu Trend-ə Zooloji Parkın direktoru Azər
Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini
dayandırır:

“Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək,
heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25
hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra
4.25 ha olacaq”.

Parkın direktoru heyvanların müvəqqəti olaraq Qaradağ rayonuna
köçürüləcəyini bildirib:

“Artıq köçürülmə prosesi gedir, Qaradağ rayonunda heyvanlar üçün
xüsusi yerlər hazırlanıb. Ola bilsin, işlər bitdikdən sonra Zooloji
Parka yeni heyvanlar da gətirilsin. Ancaq bu məsələ hələ dəqiq
deyil”.

O eyd edib ki, genişləndirmə və təmir işlərinin yekunlaşma vaxtı
işin gedişatından asılıdır: “Əgər hər şey öz yolunda gedərsə, işlər
təqribən 6 aya, yəni yayda bitəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir