Yeni Azərbaycan Partiyası HESABAT VERDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yanvarın 30-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin
növbəti iclası keçirilib.

Partiyadan Publika.az-a verilən məlumata görə,
iclasda YAP İdarə Heyətinin 2018-ci ilə dair illik hesabatı, Yeni
Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar
Şurası tərkibi haqqında 2018-ci ilə dair illik statistik hesabat,
partiyanın 2018-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin
2019-cu ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq
qəbul edilib.

İdarə Heyətinin iclasında 2018-ci ildə Azərbaycanın iqtisadi və
sosial həyatında dinamik inkişafın davam etdiyi bildirilib.
Vurğulanıb ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm
siyasi hadisə – Azərbaycan Respublikası Prezidentinin seçkilərinin
keçirilməsi olub. Azərbaycanda Prezident seçkiləri elan edildikdən
dərhal sonra Yeni Azərbaycan Partiyasının növbəti, VI Qurultayı
keçirilib, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidentliyinə namizədliyinin irəli sürülməsi
barədə qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox
uğurla həyata keçirib, Prezidentliyə namizəd İlham Əliyevin
təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış
məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilib.
11 aprel tarixi isə Azərbaycan xalqının Yeni Azərbaycan
Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə inam və dəstəyinin möhtəşəm təntənəsi oldu. Azərbaycan
seçicilərinin mütləq əksəriyyəti Ulu öndər Heydər Əliyevin siyasi
kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və
qüdrətli gələcəyinə səs verdi.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli
bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi
həyatında yaxından və fəal iştirakını davam etdirib.

Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq
əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini
uğurla davam etdirib. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları
və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında
mövcud münasibətlər daha da genişləndirilib, bu istiqamətdə bir
sıra mühüm görüşlər keçirilib.

Hesabatda daha sonra qeyd edilmişdir ki, Yeni Azərbaycan
Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam
edib, bu dövr ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilmiş və
beləliklə, partiya üzvlərinin sayı 732 min nəfəri keçib. Partiyaya
daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil
edib.

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və
xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2018-ci ildə
Yeni Azərbaycan Partiyasının gəlirləri 9 413 001 manat olub. Bunun
8 045 144 manatını üzvlük haqları, 1 367 857 manatını büdcədən
siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan
Partiyasına düşən pay təşkil edib. Bundan əlavə, hesabat ilinin
əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6 446 014 manat
olub.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə
vəsaitinin 4 671 869 manatı partiyanın İcra Katibliyinin və yerli
təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633 991
manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar
təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə
aksiyalarına, 184 197 manatı ezamiyyə xərclərinə, 447 067 manatı
inventarların alınmasına, 6 882 258 manatı Yeni Azərbaycan
Partiyasının yeni inzibati binasının tikintisinə, 232 863 manatı
təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə,
288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 71 125
manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035
manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf
edilib.

Beləliklə, hesabat ilinin sonuna partiyanın cari hesablarında 1
937 374 manat qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp