Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri
çəkilməlidir.

Publika.az xəbər verir ki, bunu Prezident İlham
Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına
həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Şimal-Cənub, Şərq-Qərb
nəqliyyat dəhlizləri fəaliyyətdədir, bu işlərə yeni tərəfdaşlar
qoşulur:

“Mənim bir neçə ölkənin dövlət başçısı ilə apardığım danışıqlar
nəticəsində indi Orta Asiya respublikalarından əlavə yüklərin Ələt
limanına gəlməsi və oradan dəmir yolu ilə dünya bazarlarına
çatdırılması təmin edilib. Biz bir neçə ölkə ilə artıq çox səmərəli
əməkdaşlıq edirik. Bu ölkələrin sayı artır və biz yeni mənbələrdən
yükləri cəlb edib Azərbaycan ərazisindən göndəririk. Ölkə daxilində
bir neçə dəmir yolu layihəsi gündəlikdədir. Biz Şimal-Cənub
nəqliyyat dəhlizinin bərpası ilə məşğuluq. Düzdür, bu yol var,
fəaliyyət göstərir, ancaq bunun sürəti aşağıdır. Ona görə Yalamadan
Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir. Artıq keçən
ildən bu prosesə start verilib və beləliklə, Azərbaycan-Rusiya və
Azərbaycan-İran sərhədlərini birləşdirən Şimal-Cənub nəqliyyat
dəhlizi yüksək sürətli dəhliz olacaq və yüklərin mənzil başına
çatma müddəti də, əlbəttə ki, qısalacaq”.

Prezident bildirib ki, şəhərlərarası dəmir yollarının tikintisi
də aparılır: “İndi Ləki-Qəbələ dəmir yolu tikilir. Qəbələ indi
turizm mərkəzlərindən biridir və Bakı-Yalama dəmir yolunun
tikintisi ilə paralel olaraq, həmin yolun da çəkilməsi təmin
edilməlidir. Şahdağ dağ-xizək kurortuna da dəmir yolu çəkilməlidir.
Beləliklə, Qusar rayonuna da dəmir yolu ilə getmək mümkün olacaq.
Bu da proqramda nəzərdə tutulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp