Xalq artisti: “Utandığımdan qaçmışam” – VİDEO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ARB TV-nin “Show news” proqramının bu dəfəki müsahibi
Xalq artist Arif Quliyev olub.

Publika.az xəbər verir ki, Xalq artisti yeni
çəkilən filmlərin əskik tərəflərindən danışıb:

“Çəkildiyim bəzi filmlərə axıra kimi baxa bilməmişəm,
utandığımdan çıxıb qaçmışam. Bu, bir həvəsdir. 4, 5 adam yığışır,
7, 8 min pul tapırlar. Pul verməməkdən ötrü heç Arifi çağırmırlar.
Yeni üz, yeni görkəm görən kimi çəkirlər. Bu yaxşıdır, amma bu
qəbul olunacaqmı? Ola bilər bu gün Arif Quliyevin dediyi sözlərə
insanlar gülmür, amma onların çəkdiklərinə gülürlər. Güldürüb
düşündürmək lazımdır. Sözün effekti, təsiri və hərəkət dinamikası
olmalıdır. Adam var ki, 30 ildir işləyir, lakin ortaya çıxa bilmir.
Mən onu necə deyim, necə ürəyini qırım? Heç olmasa, 10 ildən sonra
ayılsa, böyük şeydir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp