Valideynlərin 70 faizi ağıldan kəmdir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tanınmış həkim Peteris Klyava müsahibəsinin ikinci
hissəsində uşaq xəstəliklərinin əsas səbəblərini bəzəmədən, düz
xətt üzrə açıq şəkildə izah edib. Razılaşın ki, bu, bəzən baha başa
gələ bilər.

Publika.az Peteris Klyavanın müsahibəsinin
ikinci hissəsini təqdim edir:

Birinci hissəni buradan oxuya bilərsiniz:

Uşaqlar ən çox hansı travmaları alır?

– Biz Avropada ictimai nəqliyyatın və avtomobillərin küçələrdə
uşaqların ölümünə səbəb olması üzrə birinci yeri tuturuq. Latviyada
sərxoş ataların uşaqları ilə kvadrosikl sürməsi çox adi haldır və
ya uşaqlara da idarə etməyə icazə verirlər. Belə sərbəstlik ciddi
travmalara səbəb olur. Həmçinin uşaqlar velosiped və çarxları
dəbilqələrsiz sürürkən travma alır və ya çarhovuzlarda boğulurlar.
Bədbəxt hadisələrin çoxu tibbi dərmanlar, kimyəvi maddələr və
yanıqlarla bağlıdır. Yanar maye ilə oynayan uşaq oda yaxınlaşdığı
zaman sözsüz ki, ağır xəsarət alacaq. Yeri gəlmişkən, əgər uşağın
üstünə qaynar su tökülüb və ya yanıq xəsarəti alıbsa, ona edə
biləcəyiniz yeganə yardım yanmış nahiyəyə 3-5 dəqiqə soyuq su
tökməkdir. Bu, ağrını və yanığın zərərlərini azaldır. Yəni yanığın
dərəcəsini zəiflədir.

Məyusluq yaradan uzun siyahınızın səbəbi
nədir?

– Əsas səbəbi: Latviyada və bütün dünyada valideynlərin 60-70%-i
ağıldan kəmdir. Xəstəxana mühafizəçilərin müşahidələrinə əsasən
valideynlər uşaqlarını xəstəxanaya ön oturacaqda və təhlükəsizlik
kəmərini bağlamadan gətirir. Hər gün valideynlərin cahilliyi,
axmaqlığı və diqqətsizliyi ucbatından onlarla uşaqların əzabını və
ölümü görürəm. Mən sistemli cəhalətdən danışıram. Təsəvvür edin ki,
bir dəfə balaca bir qızcığaz kanalizasiya sisteminin təmizlənməsi
üçün olan kimyəvi maye içmişdi. O, mətbəxdə çanağın yanında şüşə
bir limonad butulkasında olub. Avropada ona bizim pulla 200 min
avro dəyərində qaraciyər köçürtdülər.

Bir çox valideyn çox yorulduğuna və çox iş gördüyünə
diqqət etmir. Dövlətin uşaqlı ailələri nə cürsə dəstəkləməsi pis
olmazdımı?

– Hər il on minlərlə uşaq aclıqdan ölür. Bu yaxşıdır, yoxsa pis?
Özünüz düşünün, əgər bütün uşaqlar sağ qalsaydı, onda hamısına
keyfiyyətli qida çatardımı? Yaxın Şərqdə hər kəs tualet kağızı
istifadə etsə, onda bir neçə il içində planetdə bir ağac belə
qalmazdı. Demək istədiyim odur ki, əgər hər kəs sivil qaydada
yaşasa, onda iyirmi il sonra Yer kürəsi ölər. Yaxşı yaşamaq hər kəs
üçün deyil. Əhali sayının azalması cəmiyyətin duyğusallığı baxımdan
qorxuludur, amma elmin məntiqi nöqteyi-nəzərindən lazımdır. Odur
ki, dünyada heç kim sizin uşağınızın sağ qalmasının xüsusi
qayğısına qalmayacaq. Ona narkotiklər verilir ki, özü ölsün, həm də
əvəzində pul ödəyir. Dönüşü olmayan keçid nöqtəsi! Odur ki, düzəliş
edən tənzimləmə müxtəlif səviyyələrdə həyata keçiriləcək.

Sizə heç irqçi deyiblər?

– Bəzən. Bir yerdə oxudum ki, Birləşmiş Millətlər Təşkilatı
artıq uşaq əməyinin istismar olunmasını hər hansı bir zorakılıq
problemi olmadığını düşünür. Yəqin ki, bu, həyatın normasına
çevrilib.

Kurzeme və ya Latqaledə (Latviyada yer adları) donmuş, ac və
zorakılığa məruz qalmış uşaqları görəndə, valideynlərin uşaq sahibi
olmasına niyə icazə verildiyini anlamıram. Üstəlik, bunu “insan
hüququ” adlandırırlar. Bu, axmaq bir mədəniyyətdir. Doğuş sayına
nəzarət tələb olunur. Müxtəlif ölkələrdə bir zamanlar yalnız
pedofillərdə deyil, eyni zamanda anormal, əxlaqsız səviyyədə
yaşayan insanlarda da sterilizə (dölsüzləşdirmə) aparılırdı. Əks
halda onların uşaqları xəstəlikdən, yoxsul bəslənmədən və qayğıdan
əziyyət çəkəcək.

Yanıma huşsuz uşaq gətirəndə nə baş verdiyi anlamaq üçün üç
saniyəm var. 4-cü dəqiqədə artıq uşağın vəziyyətini yaxşılaşdırmaq
üçün hərəkətə keçirəm. Cəmiyyətin və ölkənin digər prosesləri də
eyni şəkildə idarə edilməlidir.

Son 10 ildə xəstəxanamız inkişafda böyük bir sıçrayış etdi,
uşaqlara kömək etmək üçün böyük imkanlar var. Lakin uşaqların
mənəvi, əxlaqi və fiziki vəziyyəti mütənasib olaraq pozulur.
Həyatdan bir neçə nümunə verəcəyəm. Bir dəfə bir uşaq kimyəvi
məhlul içmişdi. Nəticəsi dəhşətli idi, qida borusundan yoğun
bağırsağa qədər bir çox orqan transplantasiyası lazım idi. Uşaq
komada idi. Gənc ana isə oturub ağlayırdı. Bütün bunların necə baş
verməsi ilə maraqlanmağa başladım. Danlamaq üçün deyil, bu dəhşəti
dərk etməsi üçün. “Hamama getdi, götürdü və içdi” deyə ana izah
etdi. Günahkar uşaqdır, təsəvvür edirsiniz?

Başqa bir uşaq isə piknikdə manqal üzərinə yanar məhlul tökmüşdü
və ağır dərəcəli xəsarətlər almışdı. Reanimasiyada ana ilə ata bizə
əmr və göstərişlər verməyə başladı. Ay səfeh, sən alovun qarşısında
dayananda göstəriş verməli idin, burada yox! Məcbur olub dedim ki,
əgər bir kəlmə də desəniz, polis çağırıb cinayət hadisəsi olduğu
barədə protokol tərtib edəcəyik. Ata dərhal səsini kəsib yerində
oturdu və işimizə müdaxilə etməyi dayandırdı.

Başqa bir misal sirkə essensiyası ilə bağlıdır. Nənə bağda xiyar
turşusu bağlayarkən 4 yaşlı nəvə içinə sirkə essensiyası tökülən
“Cola” şüşəsini başına çəkmişdi. Bütün bunlar nənənin gözü
qarşısında baş vermişdi.

Bir dəfə də xəstəxanaya üstünə qaynar su tökülmüş uşaq
gətirmişdilər Məlum oldu ki, hadisə uşaq bütün günü günəşin altında
oynayan, ana isə günəş vannası qəbul edən zaman baş verib. Və belə
anaya heç bir cəza verilməyəcək. Beyinsiz böyüklərin uşaqlarla
özbaşınalığının qarşısını almaq lazımdır. Yenə deyirəm, elə
hadisələr var ki, onlar baş verməli deyil.

Hansılar?

– Məsələn, bütün kimyəvi təmizləyicilər və dərmanlar mətbəxdə
uşaqlar üçün əlçatmaz olmalıdır. Latviyada beta-blokerlərdən ölən
uşaqlar olur. Nənələr üçün nəvəsini müəyyən mənada öldürdüyünü
qəbul etmək çətindir. İstəmədən də olsa, məsuliyyətsizlikdən irəli
gəlir. Hər ikisi də yazıqdır.

Limonad şüşəsini kimyəvi təmizləyicilərlə doldurmaq olmaz.
Doktor Dina Sviridova valideynlər üçün Kanadanın pediatriya üzrə
kitabını tərcümə edib. Nəşrin sonunda 40 səhifə uşağı mətbəxdə,
maşında, zooparkda, ümumiyyətlə hər yerdə qorumağın yollarına həsr
olunub. Bizdə isə uşaqlar hələ də itin hücumuna məruz qalır. Bizim
üçün ən çətini velosiped dəbilqəsinin lazımlılığını sübut
etməkdir.

Arzu edirəm ki, təsadüfən doğulacaq uşaqlar onların
məsuliyyətini çəkən bilən ailələrdə dünyaya göz açsın. Almaniyada
gənclər arasında “Prioritetləriniz nədir” sualı ətrafında sorğu
keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və
mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar
ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar “Uşağa nə verə
bilərəm” sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik
olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil
yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi
artıq məsuliyyətsizlikdir.

Onda niyə ölümə məhkum olan uşaqları xilas etməyə
çalışırsınız?

– Liepada müharibə zamanı məşhur yəhudi cərrah Zik yaşayırdı.
Onu öldürmədilər. Almanlar üçün yaxşı işlədi. Qırmızı Ordu
gəldikdən sonra almanlara kömək etdiyi üçün onu vurmaq istədilər,
lakin o, Qırmızı Ordu üçün də yaxşı işləməyə başladı. Daha sonra
qızıl skalpel aldı. Hər bir insan taleyin onun üçün təyin etdiyi
öhdəliyi yerinə yetirməlidir. Bu, Allah, başqaları və öz vicdanımız
qarşısında vəzifədir.

Cəmiyyətin inkişaf səviyyəsi uşaqların tərbiyəsinə
təsir edirmi?

– Bizim məhdud, cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o
gözlə baxırıq. Tibetdə buna karma öngörməsi deyilir. Bir insanın
uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini
azaltmaqdır. Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr
fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə,
ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və
bəsləyirlər. Dünyada bütün bu qayğıya ehtiyacı olan nə qədər uşaq
var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər?

Dünyada müharibələr, oğurluq, qətllər baş alıb gedir, doğum
sayı, xəstəliklər və s. nəzarət edilmir. Sialkovskiy, Uspenski,
Berdyayev kimi bir çox qərb alimləri sivilizasiyanın inkişafının
yeddi cədvəli haqqında danışırdılar. Biz hələ sıfır
səviyyəsindəyik. Planet yalan və zorakılıqla idarə olunur. Harvard
və digər universitetlərdə şəxsi mənafe və xeyir naminə dünyanı
zorlamaq öyrədilir.

Peyğəmbərlərin və Tibet müqəddəslərinin danışdıqları ilə
müqayisədə bizim sivilizasiyamız daş dövründə qalıb. Ziyalı
valideynlər güzəştlər axtarır. Müdriklik ağıl strukturunun
bilikləridir. Uşaqların daha ağıllı gələcəkdə yaşaması isə kainatın
güzəştidir.

Bir neçə il əvvəl siz ölüm cəzasını açıq şəkildə
müdafiə etmişdiniz. Fikrinizi dəyişdirməmisiniz ki?

– Xeyr, dəyişməyib. Mən Sinqapurda və Birləşmiş Ərəb
Əmirliklərində pedofillərə qarşı tətbiq olunan ölüm cəzasını və
qanunları dəstəkləyirəm.

Kriminal xəbərlərini oxuyanda görürsən ki, xeyir və
şər haqqında elementar düşüncələr öz mənasını itirib. Anlayışların
dəyişməsi baş verir.

– Bir insan o qədər inkişaf etməmiş heyvandır ki, o, qorxuya
tabe olur. Yalnız qorxu onu ədəb çərçivəsində saxlayır. Bu gün
artıq heç nədən qorxmurlar. Qorxunu ləğv ediblər. Pedofiliya
qorxusuyla demokratiya qalıb.

Problem demokratiyada deyil, onun dərk edilməsindədir. İnqa Mart
Txurdkildsen (Norveçdə uşaqların və gender hüquq bərabərliyinin
işləri üzrə naziri. O, müsahibədən birində yaxın qohum nikahlarını
Norveçdə “sosial ənənə” adlandırıb) ibtidai siniflərdə yaxın
qohumlar arasında nikahlara həsr edilmiş dərslər daxil olunması
üçün mübarizə aparır. Bu, onlar üçün normadır. Uşaqlara
valideynlərin onları hansı əlamətlərə əsasən cəzalandıra biləcəyi
əvvəlcədən öyrədilməlidir. “Heç nə olmayacaq” düşüncəsi son əyləci
boş buraxır. Biz daha Çexov, Tolstoy, Puşkin, Blaumanis, Raynis
kimi əsərləri oxumuruq. Cəmiyyətin üzərindən qorxu idarəsini
soyunduranda Qərbin təklif etdiyi cəmiyyət qurulur. Əlbəttə ki,
bütün Qərb belə deyil, amma söhbət tendensiyalardan gedir. Qərb
cəmiyyəti mənəvi baxımdan dağılır. İki nəslin təhrif etdiyi
demokratiya ilə istənilən cəmiyyəti dağıtmaq olar. İndi cəmiyyətin
daha ağıllı olması üçün hər hansı mexanizm yoxdur. Böyük əksəriyyət
bir günlə yaşamağa və tikəni nə bahasına olursa-olsun qopartmağa
çalışır. Uşaqlar da sağ qalma atmosferində başqasının hesabına
böyüyür.

Heç bir şans yoxdur?

– Sübut olub ki, müdrik biliklər əsasında qərar verən insan
özünü və ətrafını da dəyişdirir. Valideynlər özünü inkişaf
etdirməli, təhsil və yenə də təhsillə məşğul olmalıdır. Bəzi
ölkələrdə mənəviyyata önəm hələ qalıb, Qərb isə ondan qorxur.
Söhbət dini səviyyədə mənəvilikdən getmir, müasir elmdə kosmik
mənəviyyatı nəzərdə tuturam. Bu, bəşəriyyətin gələcəyidir.

Ailədə liderliyi kim öz üzərinə
götürməlidir?

– Ailədə hər şey atadan başlanır. Amma atalar korlanıb. Onları
tərk edilmiş və ya ərləri içkiyə aludə olan qadınlar böyüdür. Belə
ana yalnız “mama uşağı” böyütməyə qadirdir. Bu kompleksli oğullar
ailə qura və dövləti qoruya bilmirlər.

Kişinin kompleksi bəşəriyyətin bəlasıdır. Ağıllı, məsuliyyətli
və ləyaqətli kişilərin yetişdirilə biləcəyi pionerləri və skautları
qaytarmaq yaxşı olardı. Avropada 8 milyon ali təhsilli kişi
işləmir. Çünki hər şeyi asanlıqla və daha rahat yolla əldə etmək
istəyirlər.

Bəli, gənc kişilərin infantalizmi haqqında daha çox
eşidirik. Onları dəyişdirmək mümkündür?

– İndi insanlar dünyaya dair fikirləri məhdud və cahil qorxu və
biliklərdən tikməyə, eyni zamanda uşaq sahibi olmağa çalışırlar.
Əgər uşağı ilahi bir mənəvi varlıq, Allahın möcüzəsi olaraq qəbul
etsəniz, o zaman onun potensialı sonsuza qədər uzanır və uşaq
enerji dolu böyüyür. Bəs hər şey fərqli olarsa? Bu, uşağın müdrik
və parlaq gələcəyinin “sünnəti” və ya əlindən alınması deməkdir.
Təkrar edirəm, bu gün hər şey analar və atalardan asılıdır. Onların
övladları artıq heç kimə lazım deyil! Məktəb mühümdür. Ağıllı
insanların kollektiv intellekti xoş niyyət və əməldir. Gəmidə
minlərlə adam ola bilər, ancaq 30 adam tərəfindən idarə olunar və
bu, doğru yerə getmək üçün kifayətdir. İnsanlara müasir psixoloji
məlumat səviyyəsində kömək edilməlidir və mən bunu öz məruzələrimdə
edirəm.

Ali təhsilsiz yüz minlərlə ana və ata sizə etiraz
edəcək: Biz akademik biliklər olmada da layiqli uşaqları
yetişdirdik. Bir çoxları da artıq hər şeyi bildiyini iddia
edəcək.

– Heç bir akademik təhsili və yüksək intellekti olmayan
valideynlərin 3 yaşlı ölmüş körpələrinin ürəyini başqasına verməyə
razılaşdıqları anı həmişə xatırlayıram… Vacib deyil ki, sən
akademik olasan. Əgər kim olduğunu bilirsənsə, həm mənəvi cəhətdən
kamilləşirsənsə, həm də ağlını inkişaf etdirirsənsə, dünyəvi təhsil
əhəmiyyətli deyil. Bu ən yüksək hikmətdir. Yadınıza salın, hansı
müqəddəsin ali təhsili olub?

Onların sevgisi var idi…

– Kriminal keçmişi olan bir ananı xatırladım. O, bir çox
yoluxucu xəstəlikləri olan uşaq dünyaya gətirmişdi. Reanimasiyada
olarkən o, başqa bir ananın telefonunu oğurlamışdı. Onu qınamaq
yox, tərbiyələndirmək lazımdır. O sevilməyib və bunun nə demək
olduğunu bilmir. Fransız psixoterapevtlər göstərir ki, əgər bir
adamı gündə 32 dəfə sığallamasanız, o, xoşbəxtlik hissini qazana və
inkişaf edə bilməz. Bir-birimizi nə qədər az sığalladığımıza fikir
verin… Əgər bu yanaşma dünyada hakim olsaydı, onda
sivilizasiyamız tamamilə fərqli olardı.

Sizin üçün sevgi nədir?

– Sevgi həm anlayış, həm də vəziyyət kimi mövcuddur. Yer
səviyyəsində sevgi konsepsiya olaraq – məsuliyyət, xüsusilik və
zəngin bilik vermə qabiliyyətidir. Bununla da ürək öz vəzifəsini
yerinə yetirir.

Mənəvi olaraq məhəbbət tam aydınlanma və mütləq şəfqətdir.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp