Türkiyə ilə Gürcüstan sərhədi bağlanır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstan-Türkiyə “Sarpi” sərhəd keçid məntəqəsi
yanvarın 31-də müvəqqəti olaraq bağlanacaq.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstan
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, “Sarpi” sərhəd keçid məntəqəsi Gürcüstan
ilə Türkiyə arasında ən böyük keçid məntəqəsidir. Məntəqədə
piyadalar üçün yeni dəhliz açılacaq. Bununla əlaqədar olaraq
yanvarın 31-də səhər saat 10:00-dan 18:00-dək sərhəd keçid
məntəqəsi həm avtomobillər, həm də piyadalar üçün bağlanacaq.

Türkiyənin Batumidəki Baş konsulluğu bildirir ki, yeni piyada
keçidinin istifadəyə verilməsi məntəqənin işini əsaslı şəkildə
asanlaşdıracaq, avtomobillərin və piyadaların keçidini
sürətləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp