Torpaqlar 2 həftə ərzində qaytarılacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Petrik
Şenaxen Suriyada İŞİD terror təşkilatının nəzarətində olan
torpaqların 99,5 faiz alındığını, gələcək 2 həftə ərzində isə
terror təşkilatının işğalında olan bütün torpaqların geri
qaytarılacağını deyib.

Publika.az xəbər verir ki, Şenaxen bu barədə
Müdafiə Nazirliyinə təyin edildikdən sonra keçirdiyi mətbuat
konfransında danışıb.

Keçmiş müdafiə naziri Cim Mettisin plan və strategiyalarının
tətbiqinin davam etdiyini vurğulayan vəkil ABŞ qüvvələrinin
Suriyadan çəkilmə prosesinin ilkin mərhələdə olduğunu
açıqlayıb.

Geri çəkilmə prosesinin məqsədli, koordinasiyalı və intizamlı
olduğunu deyən Şenaxen çıxışını bu sözlərlə davam edib: “İŞİD artıq
hər hansı bir məkanı idarə etmir. Onun artıq qüvvə toplamaq
azadlığı yoxdur. Suriya İŞİD üçün təhlükəsiz bölgə deyil. Onların
lider kadrının çoxunu aradan götürdük. Başladıqları gündən bəri ələ
keçirdikləri torpaqların 99,5 faizini suriyalılara qaytardıq.
Maliyyə qaynaqlarını məhv etdik. İki həftə ərzində əllərində olan
bölgələri tamamilə alacağıq. Terrorizm və kütləvi miqrasiya
problemlərinin kökünü kəsdik”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp