Terror təşkilatı qitəni tamamilə ələ keçirir – ŞOK SİQNAL

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Keniyanın paytaxtı Nayrobidə bu yaxınlarda törədilən
terror aktı “Əl-Qaidə”nin Afrika üçün ciddi təhlükə olaraq
qaldığını göstərir.

Publika.az xəbər verir ki, bunu “RİA-Novosti”
agentliyinə Avropa Strateji Tədqiqatlar Mərkəzinin terrorizm
təhlükəsizlik üzrə aparıcı eksperti Yevgeni Qvozdev bildirib.

Onun sözlərinə görə, yerli islam qruplaşmaları birləşməyə və
“Əl-Qaidə”nin himayəsi altında böyük koalisiyaların yaradılmasına
cəhd edir.

“Nayrobidə törədilən terror aktı göstərir ki, birincisi,
“Əl-Qaidə” regionda kifayət qədər ciddi təhlükə olaraq qalmağa
davam edir. İkincisi, uzun müddətdir ki, “Əl-Qaidə” ilə mürəkkəb
münasibətlərə malik olan Somalidəki “Aş-Şabab” terror qruplaşması
ona öz loyallığını və onun üzvü olduğunu təsdiq edib”, – ekspert
deyib.

Qvozdev bildirib ki, “Əl-Qaidə” bu gün Afrika qitəsində öz
gücünü praktik olaraq saxlayıb, Somali, Burkina- Faso, Mali, Keniya
və bir çox başqa ölkələrdə terror aktları həyata keçirir.

Xatırladaq ki, yanvarın 15-də Keniyanın paytaxtında Dusit
mehmanxanasının yaxınlığında partlayış törədilib, daha sonra atışma
olub. Nəticədə, aralarında Böyük Britaniya və ABŞ vətəndaşı
olmaqla, 21 nəfər ölüb. Hücuma görə məsuliyyəti “Aş-Şabab” öz
üzərinə götürüb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp