Şiddətli yağışlar 12 nəfəri öldürdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Səudiyyə Ərəbistanı 4 gündür şiddətli yağışlar və sellə
mübarizə aparır.

Publika.az xəbər verir ki, mütəmadi yağan
yağışların yaratdığı sel nəticəsində 14 nəfər həlak olub.

SPA rəsmi xəbər agentliyinin məlumatına görə, xilasetmə
əməliyyatları nəticəsində seldən əziyyət çəkən 271 nəfər xilas
olunub. Ölkənin şimal-qərbində yerləşən Təbuk bölgəsində isə 137
nəfər təxliyə edilib.

Bundan başqa, dünya müsəlmanlarının müqəddəs səcdəgahı olan
Kəbəni də su basıb.

Səudiyyə Ərəbistanında baş verən bu sel fəlakəti son 50 ilin ən
şiddətli təbiət hadisəsi adlandırılır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp