Sabahın HAVA PROQNOZU açıqlandı
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim
cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11,
Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz
olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək.
Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı
var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,
gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7
dərəcə isti təşkil edəcək.