Səfər Mehdiyevdən SƏRT XƏBƏRDARLIQ: Tamahını idarə edə bilməyənlər…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ötən il gömrük sisteminin strukturu yeniləndi. Kadr və
struktur islahatları uğurla həyata keçirildi. Polis nəzarət
funksiyasından xidmət funksiyası strukturuna keçid edildi.
Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar aradan
qaldırıldı.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər
Mehdiyev komitənin peşə bayramı münasibəti ilə keçirilən kollegiya
iclasında deyib.

Sədr bildirib ki, Prezident İlham Əliyevin dəstək və qayğısı
nəticəsində komitə uğurla inkişaf edir: “Azərbaycan gömrük xidməti
beynəlxalq əməkdaşlığın gətirdiyi yenilikləri ilk tətbiq edən
qurumlardan biridir. Ötən il büdcəyə 1 milyard vəsait köçürülüb. 1
ton 200 kq narkotikin aşkarlanması qaçaqmalçılıq sahəsində ən böyük
uğurlarımızdan biridir. Xidmətdə çalışan işçilərin sosial rifahının
yaxşılaşdırılması məqsədi ilə ötən il gömrük əməkdaşlarının
məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin
olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət
başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam edəcək. Gömrük
əməkdaşlarının bəziləri ötən il cinayət məsuliyyətinə cəlb edildi.
Onlar iclaslarda xəbərdarlıqlarımıza baxmayaraq, gömrük andına
sadiq qalmadılar və bu işə xələl gətirdilər. Biz bu sahədə qəti
addımlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər
bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək! Rəislər bu
məsələdə ciddi əməliyyat tədbirləri keçirməli və qayda
pozuntularının qarşısı alınmalıdır. Sahibkarlara da müraciət olunub
ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər.
Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar
keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir”.

Nərmin,

Fotolar: Pərviz Həşimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp