Rusiyalı senator iclas zalında həbs edildi: iki nəfərin qətli və…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Federasiya Şurasının Qaraçay-Çərkəz
Respublikasından olan üzvü Rauf Araşukov iclas zalında
saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda mənbəyə
istinadən TASS agentliyi bildirib.

“Onu zalda saxladılar və çıxardılar”, – agentliyin həmsöhbəti
deyib.

Qeyd edilir ki, Araşukov saxlanılmazdan əvvəl Federasiya
Şurasının plenar iclası qapalı rejimə keçirilib və Federal Mühafizə
Xidmətinin əməkdaşları zala girişi bağlamışdılar.

“RİA-Novosti” agentliyinə isə mənbə bildirib ki, tutulmanın
səbəbi saxta sənədlər ola bilər. Sonradan mənbə əlavə edib ki,
senatora bir neçə maddə, həmçinin cinayətkar qruplaşmanın təşkili,
iki nəfərin qətli və daha bir nəfərin sağlamlığına ağır zərərin
vurulması üzrə ittihamlar irəli sürülüb.

Mənbə izah edib ki, senatorun iclas zalında təcili
saxlanılmasının səbəbi onun gizlənə biləcəyinə dair şübhələr
olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp