Qubada Xaçmaz sakinini ölümcül hala saldılar
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon
sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş
xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil
olub.
sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş
xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil
olub.
Publika.az xəbər verir ki, araşdırmalar
nəticəsində hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə
kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən
törədilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır
zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları
tərəfindən saxlanılıb.
Quba RPŞ-də araşdırma aparılır.
Muxtar