Polad Alemdardan ŞOK QƏRAR – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Polad Alemdar rolu ilə tanınan aktyor Necati Şaşmaz
həyat yoldaşı Nagehan Şaşmazdan boşanmağa qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, məlumatı Kanal D yayımlanan “2-ci Sayfa” proqramı yayıb.
Necati Şaşmazın vəkili açıqlamasında bunları deyib:

“Müvəkkilim iki övladının anası Nagehan Şaşmaz ilə bütün
cəhdlərinə baxmayaraq, ailə həyatını xilas edə bilməyib. Odur ki,
bu gün Necati Şaşmaz boşanmaq üçün məhkəməyə müraciət edib. Necati
Şaşmaz boşanma prosesinin anlaşmalı şəkildə olması üçün səy
göstərib, lakin proses mübahisəli bir boşanma halına gətirildi.
Ailənin məhrəmiyyəti, tərəflərin hüquqlarını və xüsusilə cütlüyün
uşaqlarının psixologiyasını qorumaq üçün hər kəsdən boşanma ərzində
lazımi həssaslıq göstərməyi rica edirik”.

Qeyd edək ki, 2012-ci ildə evlənən cütlüyün iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp